25 yaşlı əsgərimiz şəhid oldu

Hadisə dünən Ağdamda baş verib

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub. Hadisə cəbhənin Ağdam rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun leytenantı Şəhriyar Bəhramqulu oğlu Məmmədov düşmən gülləsinə tuş gəlib. O, aldığı güllə yarasından şəhid olub.  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə dünən saat 20.00 radələrində qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində baş verib. N saylı hərbi hissənin leytenantı, 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub. 

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

22.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az