Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı oldu

Aprelin 26-da Lənkəran rayonunun İstisu qəsəbəsində faciəvi hadisə baş verib. Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəsəbə sakini Mətləb Məmmədov həyətyanı sahəsində traktora bərkidilmiş xüsusi qurğu ilə dirək yeri qazarkən orada olan həmkəndlisi İbrahim Gülverdiyevin ayağı qeyd olunan qurğuya düşüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Gülverdiyev orada ölmüşdür.
Aprelin 21-də Tərtər rayonunda yaşayan azyaşlı Səma Əlizadə üstünə qaynar su töküldüyündən xəsarətlə xəstəxanaya yerləşdirilib və aprelin 26-da orada ölüb. Bundan başqa aprelin 26-da paytaxtın Binəqədi rayon sakini Svetlana Abdullayeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlər onun həyatını xilas edə bilməyib.
Daha bir faciəvi hadisə aprelin 26-da Saatlı rayonunun Əhmədbəyli kəndi ərazisində baş verib. Kanaldan aprelin 25-də itkin düşmüş kənd sakini, azyaşlı Xəyal Qənbərovun suda boğulmuş meyiti tapılıb. Hər bir fakt üzrə araşdırma aparılır. 

O.M..

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az