Bakıda 16-cı mərtəbədən yıxılan qızın atası vitse-prezidentdir

Hadisə dünən baş verib

Bakıda 16-cı mərtəbədən yıxılaraq ölən azyaşlı qızın şəxsiyyəti müəyyənləşib.Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə saat 23.00 radələrində paytaxtın 28 May küçəsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən düşərək həyatını itirən 13 yaşlı qızın Sunay Məmmədova olduğu məlum olub.Polisdən həmçinin bildirilib ki, S. Məmmədova Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədovun qızıdır.Baş vermiş hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb. Araşdırmaların sonunda S. Məmmədovanın bədbəxt hadisə və ya intihar nəticəsində öldüyü müəyyənləşəcək.Qeyd edək ki, məlum hadisə ötən gecə saat 23.00 radələrində şəhərin 28 May küçəsində, Dəmiryol İdarəsinin yaxınlığında baş verib.Həmin ünvanda yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan ailənin 13 yaşlı Sunay adlı qızı yaşadığı binanın eyvanından düşərək ölüb.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az