Vergidən yayınan iki türkiyəli iş adamı İnterpol xətti ilə axtarılır

Azərbaycanın hüquq-mühafizə orqanları daha iki türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 56 yaşlı Haydar Demirel vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

Apa-nın əldə etdiyi məlumata görə, Haydar Demirel Türkiyədə fəaliyyət göstərən Makina Market İnşaat Pazarlama şirkətinin sahibidir. O, Azərbaycandakı fəaliyyəti dövründə vergidən yayınıbmış. 

Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi digər türkiyəli iş adamı isə 49 yaşlı İsmayıl Arslandır. O da vergidən yayınmaqda təqsirli bilinir.

Qeyd edək ki, ötən il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az