Tornado 30 nəfəri öldürdü

Dağıntılar altında qalanların olması ehtimalı ilə əlaqədar ölənlərin sayı da arta bilər

Amerika Birləşmiş Ştatlarının cənub şərq hissəsindən keçən tornado nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Güclü qasırğa Alabama, Oklahoma, Missisipi və Arkanzas ştatlarında çoxsaylı dağıntılar törədib. 

Alabama ştatında qasırğadan ən çox ziyan çəkən şəhərlərdən biri Kimberli olub. Burada yüzlərlə evə və avtomobillərə ziyan dəyib. Bəzi evlər tamamilə dağılıb. Dağıntılar altında qalanların olması ehtimalı ilə əlaqədar ölənlərin sayı da arta bilər. 

Hidrometeoroloqlar qasırğanın ölkənin şərq hissəsinə doğru irəlilədiyini xəbər verib. Vəziyyətlə əlaqədar qasırğanın keçə biləcəyi bölgələrdə əhaliyə xəbərdarlıq edilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az