Həbsxanaya qadağan olunmuş vasitələrin keçirilməsinə cəhd

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həbsxanaya qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Apa -ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 305; 221.2.1; 234.3; 234.4.3; 228.4; 182.3.2, 66.3 və 67 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mehman Sabir oğlu İbrahimovun yanına qısa müddətli görüşə gəlmiş bacısı Vüsalə Sabir qızı İbrahimzadənin üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun corabının içərisindən 1 ədəd “Kenxinda” markalı mobil telefon aparatı, 1  ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş mikrosxem, 1 ədəd “Azercell” və 2  ədəd “Bakcell” danışıq kartları, 1 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısının uc hissəsi aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2019

23.05.2019

22.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az