"İŞİD" lideri belə "İlin adamı" ola bilər

Amerikanın dünyaca məşhur xəbər jurnalı "Time" "İlin adamı" sorğusuna start verib. ANS PRESS-in məlumatına görə, hər il təşkil edilən sorğu nəticələri ictimaiyyətə açıqlanır. Jurnalın başlatdığı bu ilki sorğuda siyasətçi, elm adamı, oyunçu, terror təşkilatı lideri kimi fərqli kateqoriyalardan 50 adam iştirak edir.
Siyahıda Türkiyədən tək bir ad var. Rəcəb Tayyib Ərdoğan hazırda 39-cu pillədədir. Son rəqəmlərə görə, "Time" jurnalının sorğusunun başında 12,1% səslə Hindistan baş naziri Narendra Modi qərarlaşıb. Siyahının ikinci sırasında isə 7,7%-lə "Ferqyuson etirazçıları" adlı qrup yer alıb. 
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obamadan xeyli öndədir. Putin bu ana qədər 6,4% səs toplasa da, Obama cəmi 2,3% səsə sahib olub. Almanya kansleri Angela Merkel isə siyahıda 17-ci sıradadır. 
"Time"ın hazırladığı sorğuda İŞİD terror qruplaşmasının lideri Əl Bağdadinin də adı var. 
Qeyd edək ki, səsvermənin son müddəti 6 dekabr tarixindədir. "İlin adamı" anketinin qalibi isə 10 dekabr tarixində elan ediləcək.

Mediainfo.az""
Çox oxunan xəbərlər
Son xəbərlər

20.05.2018

19.05.2018

18.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az