Əhalinin sayı 1,1% artıb

Ötən il dekabr ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9 583,2 min nəfərə çataraq, ilin əvvəlindən 106,1 min nəfər və ya 1,1% artıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-ni şəhər, 46,8%-ni kənd sakinləri təşkil edir.  Son illər doğum səviyyəsi yüksək olaraq qalmaqdadır. Belə ki, ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 156,2 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,0 təşkil edib. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub. İlin əvvəlindən ölkədə 50,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.

Mediainfo.az

 


 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2019

23.05.2019

22.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az