Yaponiya XİN nazirinin müavini BDU-da - Foto

Yaponiyanın xarici işlər nazirinin müavini ilə BDU-da olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Universitetin mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, görüşdə Abel Məhərrəmov BDU-da yapon dilinin tədrisindən, iki ölkə arasında beynəlxalq əlaqələrin inkişafından söz açıb. Bildirilib ki, artıq 15 ildir universitetdə yapon dili ixtisası üzrə qəbul aparılır. Həmçinin hər il universitetdə yapon dili üzrə müsabiqə keçirilir.

BDU-da yapon dilinin yüksək səviyyədə tədris olunduğunu diqqətə çatdıran rektor universitetdə təhsilin bakalavr və magistr səviyyələrində mütəxəssislərin hazırlandığını qeyd edib. Vurğulanıb ki, BDU Yaponiyanın bir sıra şirkətləri ilə innovativ texnologiyalar sahəsində sıx əməkdaşlıq edir.

Akademik iki dövlət arasında parlamentlərarası əlaqələrdən də söz açıb, Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləyib.

Minoru Kiuçi BDU-da yapon dilinin tədrisindən məmnun qaldığını bildirib, iki dövlət arasında əlaqələri yüksək qiymətləndirib. Yaponiyalı qonaq gələcəkdə təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib. 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2019

23.05.2019

22.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az