Nəqliyyat Departamentinin işçilərinin daha bir özbaşınalığı! - FOTO

Sürücü döyülüb!

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.

Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən xuliqanlıq zəminində döyülüb. Şikayətçinin ərizəsi əsasında polis tərəfindən araşdırmalara başlanıb.

Döyülən sürücü şikayətində taksi fəaliyyəti ilə məşğul olmadığını bildirib: “Mən qonaq qarşılamaq üçün metronun qarşısında gözləyirdim. Tanımadığım 3 nəfər maşına əyləşərək sifariş verdi. Onlara taksi fəaliyyəti ilə məşğul olmadığımı dedim. Lakin onlar inanmadılar və məni döydülər”. (apa)

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

19.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az