Skype Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərir

Abxaziya və Cənubi Osetiya isə Gürcüstan ərazisi kimi təqdim edilir

İnternet istifadəçiləri Skype rabitə şirkətinin xidmətlərindən geniş istifadə edirlər. Bu həm sərfəli, həm də praktikdir. Bugünkü yazıda Skype şirkətinin yeni texnologiyalarından deyil, subyektiv mövqeyindən məlumat verəcəyik. Xəbər bizim üçün xoşagəlməz olsa da, onu sizinlə bölüşməliyik.

Belə ki, internet kommunikasiyası məkanında ən tanınmış şirkətlərdən sayılan Skype Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi təqdim etməkdə davam edir. Polşanın "Biuletyn Informacyjny Studium (BIS)" saytı bildirir ki, Qarabağ ödənişli zənglərin siyahısında Ermənistanın tarifi ilə qeyd olunub. Məsələn: "Ermənistan - Yerevan" - 12.1 sent, "Ermənistan - Mobil" - 23 sent,  "Ermənistan - Dağlıq Qarabağ" - 26.2 sent.

Eyni mənbənin məlumatına görə, Ermənistan operatorları yalnız bu ölkənin ərazisində fəaliyyət göstərirlər və Dağlıq Qarabağda rouminq xidmətindən istifadə etməli olurlar. Belə ki, Dağlıq Qarabağın "Karabagh Telecom" adlı öz operatoru var.

"Biuletyn Informacyjny Studium (BIS)" qəzeti onu da bildirir ki, Skype Qarabağı Ermənistanın ərazisi kimi təqdim edən yeganə şirkət deyil və bu hal adıçəkilən ərazilərin beynəlxalq rabitə zamanı eyni prefiksdən (+374 kodu ilə) istifadə etmələri ilə əlaqədardır.

Onu da xatırladaq ki, Abxaziya və Cənubi Osetiya Rusiya ilə eyni prefiksdən istifadə etsələr də (+7 kodu ilə), hər bir halda Gürcüstan ərazisi kimi göstərilirlər.
Bu insidentdə Skype şirkətini qınamağa dəyməz. Çünki Skype görüntülü rabitə vasitəsidir. Necə görürlər və ya necə görmək istəyirlər, elə də görürlər. Biz yalnız ona çalışmalıyıq ki, bütün şirkətlər tezliklə bizi Qarabağda görsünlər...

Natiq Qocaman

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

17.12.2018

16.12.2018

15.12.2018

14.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az