Goranboyda qəzada ölən dörd nəfərdən biri məktəb direktorudur

Goranboy rayonunda dəhşətli yol qəzası baş verib.

Hadisə rayonun Borsunlu kəndindən Goranboy şəhərinə gedən yolda qeydə alınıb. İki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ölənlər rayonun Veyisli kənd orta məktəbinin direktoru Ələsgər Ələsgərov, direktor müavini Nofəl İsmayılov, rayon sakinləri Səday İsmayılov və Yaşar Rzayevdir. 

Xəsarət alanların isə rayonun Qaraçinar kənd sakini, 1981-ci il təvəllüdlü Xəqani Rzayev, Qızıl Hacılı kənd sakini, 1982-ci il təvəllüdlü Elman Həsənov, Yenikənd kənd sakini, 1990-cı il təvəllüdlü Nəriman Rzayev və Veyisli kənd sakini, 1977-ci il təvəllüdlü Bəxtiyar Əhmədov olduğu bildirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az