Rusiya türk turistləri qrup halında Türkiyəyə göndərir

Rusiyaya səfər edən Türkiyə vətəndaşları ilə bağlı problem davam etməkdədir.

Apa-nın”Milliyet”ə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında 15 nəfərlik qrup Moskva hava limanından “Aeroflot”la geri göndərilib. Onlardan bəziləri əşyalarının Rusiya gömrüyündə itdiyini açıqlayıb. Turistlər 20 saata yaxın hava limanında ac-susuz saxlanılıblar. Qaytarılan qrup arasında pasportunda işçi vizası olanlar da var.

Xatırladaq ki, ötən gün Rusiyanın Krasnodar vilayətində sərgiyə dəvət olunan 60 nəfərlik türkiyəli qrup saxlanılıb. Bir günlük həbsdən sonra bu gün məhkəməyə çıxarılan biznesmenlərin Soçi şəhərindəki düşərgəyə göndəriləcəkləri bildirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

10.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az