Bütün şəxsi heyət Silahlı Qüvvələrdə yeni tədris ilinə cəlb edilib

Silahlı Qüvvələrdə başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarının bütün şəxsi heyətini əhatə edib.

 

Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqlar quruda, dənizdə, səmada real təhdid və risklərin qarşısının alınmasının təmin olunması məqsədini daşıyır.

Maddi-texniki bazanın gücləndirilməsi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris ilində döyüş hazırlığının daha intensiv və məzmunlu aparılmasına imkan yaradıb.

Müdafiə nazirinin göstərişi ilə əsas diqqət şəxsi heyət tərəfindən müasir döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin müxtəlif iqlim və çətin relyef şəraitində düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının artırılmasına yönəldilib.

 

Müxtəlif kateqoriyalı komandirlər qarşıda qoyulmuş məqsədlərə nail olmaq üçün plana uyğun və ardıcıl surətdə silahlardan istifadə olunması, qoşunların idarəedilməsi effektivliyinin yüksəldilməsi, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və digər istiqamətlər üzrə vərdişləri təkmilləşdirirlər.

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az