Vəkilin Nardarandakı villası yandırılıb - FOTO

İlham Əsədov: "Sifarişi verən vəzifəli şəxslərdir, tanıyıram, açıqlayacam"

 

Tanınmış vəkil İlham Əsədova məxsus 2 mərtəbəli villa qəsdən yandırılıb. Vəkilin sözlərinə görə,  fevralın 16-dan 17-nə keçən gecə Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Bağlar massivində yerləşən 2 mərtəbəli villasında başlanan yanğın yaşayış yerini tamamilə məhv edib.  
 
Vəkil ”Yeni Müsavat” a deyib ki, villanın qəsdən yandırılmasına dəlalət edən tutarlı sübutları var: “Bu gün səhər zəng edib dedilər ki, bağ evin yanıb. Təcili Nardarana getdim. Orada mənim bağımda elektrik cərəyanı, qaz yoxdur. Mənim heç kimlə şəxsi düşmənçiliyim yoxdur. Yanğın qəsdən törədilib. Yandıran şəxslər hasardan aşmaq üçün divara dəmir dirək söykəyiblər.  Şübhələndiyim şəxslər var. Həyətimdə ayaq izləri də var. Bu izlər icraçıların ayaq izləridir". 
 
İ.Əsədov olayın vəkillik fəaliyyəti ilə əlaqəli olduğunu istisna etməyib: “Evim  vəkillik fəaliyyətimlə əlaqədar yandırılıb. Sifarişçilərin kimliyi haqda məlumatlıyam. Sifarişi verən vəzifəli şəxslərdir. Vəkillik fəaliyyətimlə əlaqədar onların mənafelərinə toxunduğumu bilirəm. Mənə 100 min manata yaxın ziyan dəyib. Bəzi dəqiqləşdirmələr aparıram. Bundan sonra villamın yandırılması sifarişini verənlərin kimliyini açıqlayacağam”.
 
İ.Əsədov deyir ki, vaxtilə ağır cinayətlərin araşdılması ilə məşğul olub. 2005-ci ildən sonra isə vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayıb: “Mənim çıxdığım işlər haqda vaxtilə mətbuatda çox yazılıb. Hesab edirəm ki, sifarişi verən illərdir ki, məqam gözləyib. İndi isə belə bir addım atdılar. Məlumatları tam şəkildə dəqiqləşdirəndən sonra bu haqda mətbuata əlavə açıqlama verəcəyəm“.  
İ. Əsədov qeyd edib ki,  villadakı yanğın  Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidməti əməkdaşları tərəfindən söndürülüb. Villada olan bütün əşyalar tamamilə yanaraq kül olub. 
 
Mövzuya qayıdacağıq.
 

 

 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az