İtkin düşən məktəblilər haqda yeni xəbər var

İtkin düşən məktəblilərin getdikləri istiqamət müəyyənləşdirilib. Hüquq-mühafizə orqanları artıq uşaqların məktəbdən çıxaraq hansı istiqamətə getmələrini əks etdirən görüntüləri əldə edib.
Görüntülərdən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıb. Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci polis bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.
Polis görüntülərdən belə qənaətə gəlib ki, uşaqlar gərgin psixoloji durumda olmayıb və gəzə-gəzə məktəbdən uzaqlaşıblar.
İsmayıl Şəfiyev dərsə getməzdən əvvəl evdə özünə məxsus kassasından 100 manat götürüb.
Hazırda polis məktəblilərin axtarışını davam etdirir. Onların xarakterik əlamətləri və fotoları aidiyyatı idarələrə göndərilib.
Bildirilir ki, itkin düşən hər iki məktəblinin atası azərbaycanlı, anası isə rusdur.
 
mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az