Xİ naziri Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşüb - FOTO

Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Tiflisdə ikitərəfli görüşü başlayıb.

 

Görüş Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun və Gürcüstanın Xarici İşlər naziri Mixail Canelidzenin rəhbərliyi ilə nümayəndə heyətləri arasında keçirilib.

Görüş bu gün Tiflisdə keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.

Gürcüstan xarici işlər nazirinin müavini Giqi Giqiladze jurnalistlərə açıqlamasında bu gün xarici işlər nazirləri səviyyəsində növbəti V görüşün keçiriləcəyini bildirib:

 "Bizim münasibətlər aktiv inkişaf edir. Bir neçə gün əvvəl nəqliyyat nazirlərinin görüşü keçirilib. Bundan başqa bu gün ikitərəfli görüşlər də nəzərdə tutulur. İkitərəfli görüşlərdə iqtisadi əlaqələrin inkişafı, siyasi münasibətlərin dərinləşlməsi, siyasi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".

Nazir müavini bildirib ki, üçtərəfli görüşdən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında bəyannamə imzalanacaq: "Bəyannamədə ikitərəfli və üçtərəfli maraqlarımız ifadə olunacaq. Sənəd imzalandıqdan sonra nazirlər Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində magistral yolun Kartsax sahəsinə baxış keçirəcəklər".

 
mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2019

19.06.2019

18.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az