Prezidentin oğluna cinayət işi açılıb! ŞOK İDDİA

Ərdoğanın oğlu çirkli pulların yuyulmasında təqsirləndirilir

İtaliyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu haqqında cinayət işi açılıb. 

Prezdentin oğlu Bilal Ərdoğan çirkili pulların yuyulmasında ittiham edilir.

Bilal Ərdoğan haqqında cinayət işi Fransada mühacir həyatı yaşamağa məcbur olan türk iş adamı Murad Hakanın şikayət ərizəsi əsasında açılıb. Onun iddialarına görə, Bilal Ərdoğan İtaliyaya qeyri-qanuni işlərdən əldə olunmuş böyük miqdarda pul keçirib.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Türkiyə hökumətini, prezident və onun ailəsinin İŞİD terror qruplaşması ilə ticari əlaqələr yaratmaqda xüsusən də neft almaqda günahlandırıb. Bildirilib ki, İŞİD neft satışından 2 milyarda dollar gəlir əldə edir və onun əsas alıcısı isə Türkiyədir. O zaman Türkiyə prezidentinin oğlu iddiaları əsassız adlandıraraq onun Suriya və İraqdan qeyri qanuni neft alqı-satqısı ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iddiaları rədd edərək bildirib ki, Rusiyanın bu iddiaları sübuta yetirəcəyi halda istefa etməyə hazırdır.
2013-cü ildə Türkiyə prokurorluğu Bilal Ərdoğanı çirkli pulların yuyulmasında ittiham edib.
Bilal Ərdoğan 2015-ci ilin payızında Con Hopkins Universitetinin doktorluq dərəcəsinin müdafiəsi üçün İtaliyaya gedib (anspress).

 

Mediainfo.az

 
 
Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2019

19.06.2019

18.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az