Azərbaycanın İnterpol vasitəsilə axtardığı türk iş adamı tapılıb - FOTO

Hazırda jurnalistika ilə məşğul olan Kaya: "Mənim vergi borcum yoxdur"

Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, 1974-cü il təvəllüdlü Kaya Heyse vergidən yayınmaqda ittiham olunur. Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Kaya Heyseni apa-ya açıqlamasında 2010-2014-cü illərdə Azərbaycanda inşaat işləri ilə məşğul olan bir şirkətə rəhbərlik etdiyini bildirib: “2014-cü ildə şirkətimiz bağlandı və mən Türkiyəyə qayıtdım. Azərbaycan dövlətinə hər hansı bir vergi borcum da yox idi. Şirkətdə bu işlərlə məşğul olan azərbaycanlı bir əməkdaşımız vardı. Onunla məsələni aydınlaşdırmağa çalışacağam”.

Kaya Heyse həmçinin qeyd edib ki, hazırda Türkiyədə sərbəst jurnalistika ilə məşğuldur: “Mən sərbəst jurnalistəm, hazırda bu işlə məşğulam. Türkiyədə və Türkiyədən kənarda reportajlar hazırlayıram”.

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az