Hacı Allahşükür Paşazadə türk dövlətinə başsağlığı verdi - Məktubun mətni

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, baş nazir Əhməd Davudoğluna və Diyanət İşləri başqanı Mehmet Görməzə Ankarada törədilmiş terror aktı ilə əlaqədar dəstək və başsağlığı məktubunu ünvanlayıb.

 

Məktubda deyilir:

“Qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfaət, bütün türk qardaşlarımıza səbr və dəyanət arzulayıram. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətləri Türkiyə dövlətinin və xalqının qətiyyətli iradəsi qarşısında puç olacaq, inşallah. Terrordan əziyyət çəkən xalq kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır, türkiyəli qardaş və bacılarımızın kədərinə ürəkdən şərik olur, dərdlərini bölüşürük. Zatən, hər zaman olduğu kimi, sevincimiz bir, kədərimiz birdir! Azərbaycanın bütün məscidlərində terror qurbanlarının ruhları üçün dualar oxunur, xəsarət almışlara şəfa dilənir. Qoy Uca Allah xalqlarımızın rifah və sabitliyinə təcavüz edənləri layiq olduqları cəzaya məhkum etsin, dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin!

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2019

19.06.2019

18.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az