Sabah da yağış yağacaq, hətta sulu qar belə gözlənilir

Bakıda və Abşeron yarımadasında həftənin şənbə günü, fevralın 20-də arabir yağış yağacağı gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediainfo.az-a verilən məlumata görə, cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək.Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 şaxta, yüksək dağlıq ərazilərdə gecə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər. Fevralın 21-i və 22-də meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir. 

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az