Yol polisinin maşınını çəkiclə əzən şəxsi həbs etdilər - VİDEO

Bakıda yol polisi avtomobilini çəkiclə əzən şəxs məhkəmə qarşısına çıxarılıb.

Nərimanov Rayon Məhkəməsindən KİV-ə verilən məlumata görə, Şahin Bəylərov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə fevralın 17-də saat 14.15 radələrində Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında qeydə alınıb. Ş. Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə yol polisi avtomobilinə 30 min manat ziyan dəyib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə olan heroin aşkarlanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az