14 il əvvəlki qətlin videosu yayıldı-VİDEO, FOTO

Al-qan içində olan ata oğlunu da xilas etməyə səy göstərib

Mediainfo.az xəbər verir ki, ABŞ-ın Alabama ştatında baş vermiş cinayət hadisəsinin kamera görüntüləri ortaya çıxıb.

Belə ki, 14 il əvvəl – 2002-ci ildə Butch Bouer cinayətkar dəstə tərəfindən boynundan bıçaqlanmış, 12 yaşlı oğlu Brett isə güllələnmişdi. Ata və baladan pul tələb edən bir dəstə gənc istədiklərini əldə edə bilmədiklərini görüb, hər ikisini qətlə yetirmişdilər. Sonra isə cinayətin izini itirmək üçün meyitləri basdırmışdılar.

Xoşbəxtlikdən boğazı kəsilmiş ata Bouer dərin basdırılmamışdı. Cinayətkarlar hadisə yerini tərk etdikdən sonra o, torpağı əlləri ilə qazıyaraq üzə çıxmağı bacarmışdı. Elə o vəziyyətdə də, al-qanın içərisindəcə özünü polis idarəsinə çatdıra bilmişdi.

Əslində, Bouer oğlunu xilas etməyə səy göstərib. 12 yaşlı balasının da  özü kimi sağ qala biləcəyinə ümid bəsləyib. Lakin... Brett atası kimi şanslı olmayıb...

Polislər cinayətkarları dərhal həbs edə bilmişdilər.

Jim Brooks və ata-balaya hücum etməkdə əlbir olduğu Maykl Carruth məhkəmənin hökmü edam cəzaına məhkum edilsələr də, hələ də həbsxanadadırlar. 12 yaşlı Bretti 3 güllə ilə qətlə yetirənlər azadlığa çıxmaq üçün dəfələrlə apellyasiya məhkəməsinə müraciət ediblər.

Banu

Videonu izləmək üçün buraya klik edin

Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az