Saxta həkim tələbə qızı hədələyib: "Əgər mənimlə cinsi əlaqəyə davam etməzsən..." - FOTO

Mediainfo.az xəbər verir ki, Adanada şantaj hadisəsi yaşanıb. Belə ki, 19 yaşlı tələbə qız özünü pis hiss etdiyindən Yenibaraj Məhəlləsində yerləşən xəstəxanaya gedib. Bu zaman ağ xalatlı birisi ona yaxınlaşaraq, özünü psixoloq həkim kimi təqdim edib. Berkay Soylu kimi söhbətə başlayan “həkim” qızla xeyli söhbət etdikdən sonra onun telefon nömrəsini alıb. Beləcə, münasibət yaranıb.

Getdikcə tələbə qızı özünə aşıq etməyi bacaran “həkim” onunla cinsi əlaqədə olub. Yalnız bundan sonra əsl adının Mustafa, yaşının isə 41 olduğunu açıqlayıb. Qızın pərişan hala düşdüyünün fərqinə varmayan saxta həkim, “əgər mənimlə cinsi əlaqəyə davam etməzsən, bərabər olduğumuzu əks etdirən videogörüntünü internetdə yayacağam, səni hər yerdə, ailəndə rəzil edəcəyəm”, - deməklə tələbə qızı təhdit etməyə başlayıb. Eyni zamanda da ondan pul alıb.

“Sevgilisinin” tənələrindən, hədə-qorxularından təngə gələn gənc qız məcburiyyət qarşısında qalıb polisə müraciət edib. Polis Mustafanı həbs etmək üçün qızdan ona zəng edib, görüş yeri təyin etməyi istəyib. Görüşə gələn saxta həkim həbs olunub.

İfadəsində isə bunları deyib:

“Məni rədd edəcəkdi deyə, yalandan həkim roluna girməli oldum. Onu sevirəm, evlənmək istəyirəm”.

Banu

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az