Xanım jurnalistin kassasiya şikayəti icraata verilib

Həbsdə olan jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti icraata verilib.

Bu barədə vəkil Yalçın İmanov sosial şəbəkədə status paylaşıb. Vəkilin sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Kassasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum deyil.

Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib. 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az