Tələbə qızı zorlayan müəllimə nazirlik sertifikat veribmiş...- FOTOLAR

İstintaq davam edir

Mediainfo.az xəbər verir ki, Türkiyənin Kayseri şəhərində riyaziyyat müəllimi Bayram Özcan tərəfindən təcavüzə məruz qalan 17 yaşlı tələbə qız Cansel işində yeni detallar ortaya çıxıb.

Məlum olub ki, Mustafa Eminoğlu adına Anadolu Liseyinin tələbəsi olan Canselə direktor tərəfindən “məsləhətlər” verilib:

“Valideynlərinə özünmü deyəcəksən, yoxsa biz onları bura dəvət edib hər şeyi danışaq? Hadisələr liseydən kənarda baş verib. Müəllimlə sənin aranda olanlar bizi maraqlandırmaz”.

O da bəlli olub ki, direktorla söhbətdən sonra gənc qızın halı pisləşib, hətta onun üçün təcili tibbi yardım belə çağırılıb. Lakin bütün bunlardan Canselin ailə üzvləri xəbərsiz qalıblar.

Növbəti dəfə direktorun, “evdəkilərə müəllimlə aranda olanları xəbər ver, yoxsa özüm deyəcəyəm!” xəbərdarlığından sonra Cansel canına qıymağı qərara alıb. Beləcə, evə gələrək atasının bəylik tapançası ilə hamam otağında özünü güllələyib.

Daha bir məlumatda bildirilir ki, riyaziyyat müəllimi olan Bayram tələbəni öz avtomobili ilə boş bir əraziyə apararaq, orada ona təcavüz edib.

Bütün bu olaylarda təqsirkar hesab edilən liseyin direktoru və bir neçə müavin baş verənləri bildikləri halda ölçü götürməmələri, üstəlik hadisəni gizli saxladıqları üçün polis idarəsində ifadə yazmalı olublar. Hazırda direktor və müavinləri buraxılıblar.

Evli, iki uşaq atası olan səbəbkar – 39 yaşlı Bayram Özcan haqda maraqlı bir fakt da üzə çıxıb. Bəlli olub ki, lisey tələbəsini zorlayan müəllimə Təhsil Nazirliyi tərəfindən keçirilən “Təcavüzə son, azyaşlı gəlinlərə yox deyək, zorlamalara qarşı çıxaq “ adlı seminardakı çıxışına görə sertifikat da verilib.

İstintaq davam edir.

Banu



17




 
Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az