Avtobus sürücüsü beynəlxalq axtarışa verilib

Azərbaycan hüquq-mühafizə orqanları daha bir nəfəri beynəlxalq axtarışa verib.

İnterpol saytının verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Telman Allahverdiyev yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, T. Allahverdiyev 2015-ci ildə avtobus qəzası törədib. Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin  avtobusu 1978-ci il təvəllüdlü Gədəbəy rayon sakini Ramiz İsmayılovun idarə etdiyi VAZ 21011 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində R. İsmayılov hadisə yerində ölüb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az