İtən təyyarənin qalıqları tapıldı: 23 ölü

Nepalda bu səhər dağlıq bölgədə itdiyi deyilən Tara Hava Yollarına aid sərnişin təyyarəsinin qalıqları tapılıb. 

Xarici mətbuatın məlumatına görə, bölgədəki axtarışlar nəticəsində hadisə zamanı təyyarədə 2-si xarici vətəndaş olmaqla ümumilikdə 23 nəfərin öldüyü açıqlanıb. Açıqlamada cəsədlərin tamamilə yanıb külə döndüyü deyilir. Həmçinin bildirilir ki, sərnişinlərdən 2-si Çin və Küveyt vətəndaşı, qalan 21 nəfər isə Nepal vətəndaşıdır. Sərnişinlər arasında 2 uşaq da olub.  

Qeyd edək ki, Jomsom kəndindən  Pokhara şəhərinə gedən Tara Hava Yollarına aid 23 nəfəri daşıyan sərnişin təyyarəsi səhər saatlarında dağlıq bölgədə radardan yoxa çıxıb. Polis nümayəndəsinin verdiyi məlumata görə,  təyyarə qalxdıqdan 18 dəqiqə sonra yerə düşüb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2019

19.06.2019

18.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az