Azərbaycanlıları Rusiyaya keçirmək istəyən ukraynalı saxlanıldı

Rusiya sərhədinə doğru hərəkət edən “VAZ” avtomobilində Luqanşina postlarının birində sərhədçilər tərəfindən yoxlama aparılıb.

Oxu.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Yoxlama zamanı avtomobilin sükanı arxasında yerli sakin, salonda isə iki Azərbaycan vətəndaşının olduğu müəyyən edilib.

Bəlli olub ki, Ukrayna vətəndaşı bu “səfəri” Rusiya vətəndaşı ilə bərabər təşkil edib və buna görə 10 min rus rublu almalı idi. Bundan başqa, azərbaycanlıların Ukraynaya qanuni yol ilə gəldikləri müəyyən edilib.

Daha sonradan Azərbaycan vətəndaşlarından birinin Rusiyadan deportasiya edildiyi və bu səbəbdən də bu ölkəyə Belarus və Moldovadan keçmək üçün üsullar axtarmağa başladığı məlum olub. Amma o, heç Ukraynadan da Rusiyaya keçə bilməyib.

Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2019

19.06.2019

18.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az