Bakıda daha iki yol polisi döyüldü

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü iki polis əməkdaşını döyüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonu, H.Əliyev küçəsində baş verib. Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Bəhruz Məmmədli idarə etdiyi “Mitsubishi” markalı 90 BV 701 nömrəli avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü B.Məmmədli həmin vaxt orada xidmətdə olan Bakı Şəhər Yol Polisi İdarəsinin əməkdaşları-polis baş leytenanatı, 1979-cu il təvəllüdlü Anar Rəsulov və polis serjantı, 1984-cü il təvəllüdlü Kazım Həziyev tərəfindən saxlanılıb.

B.Məmmədli polis əməkdaşları söyərək təhqir edib, K.Həziyevin paqonunu qoparıb. Sürücü, digər polis əməkdaşı A.Rəsulovun üzündən yumruqla vuraraq ona xəsarət yetirib.

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az