Vaxtından əvvəl I sinfə qəbulun vaxtı bəlli oldu

Hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu təhsil nazirinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılır. Nazirlikdən qeyd olunub ki, uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilir. Məlumatda əlavə edilib ki, bununla belə, müəyyən hallarla əlaqədar Bakı şəhəri üzrə ərizələrin qəbulu və uşaqların seçim vaxtında dəyişiklik ola bilər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2019

19.06.2019

18.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az