İtaliyada zəlzələdə ölənlərin sayı artır, 100 nəfər itkin düşüb - YENİLƏNİB-1

Bu gecə İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazıb.

RAI televiziyası isə Peskara-del-Toronto yaşayış məntəqəsində zəlzələ nəticəsində 10 nəfər öldüyü, 100 nəfər itkin düşdüyü barədə məlumat yayıb.

Zəlzələ nəticəsində Amatriçe şəhərinin yarısının dağıldığı bildirilir.

 

***

 

saat 09.53

İtaliyada baş verən zəlzələdə ölənlərin ilkin sayı açıqlanıb.

Yeraltı təkanların törətdiyi dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub. Dağıntılar altında qalanların olduğu, xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilir.

 

***

 

07.38

 

İtaliyanın mərkəzində baş vermiş güclü zəlzələ Amatriçe şəhərində ciddi dağıntılara səbəb olub, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir.

Bu barədə Amatriçe şəhərinin meri Sercio Pirozzinin bəyanatında bildirilir.  

Ölənlər barədə hələlik məlumat daxil olmayıb.  

Qeyd edək ki,  İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Seysmoloji Mərkəzi  (EMSC) məlumat yayıb.  

Yeraltı təkanlar yerli vaxtla 01.36-da (Bakı vaxtı ilə 05.36-da) qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə  yerləşib.

 

 

***** 06.18

 

İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Seysmoloji Mərkəzi  (EMSC) məlumat yayıb.   

Yeraltı təkanlar yerli vaxtla 01.36-da (Bakı vaxtı ilə 05.36-da) qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə  yerləşib.

Xəsarət alan və dağıntılar barədə hələlik məlumat verilmir.  (apa)

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az