İtaliyada zəlzələdə ölənlərin sayı 247-yə yüksəlib - YENİLƏNİB

İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 247 nəfərə yüksəlib. Bu barədə "France Press" agentliyinə xilasedicilər bildiriblər. Bundan əvvəl 159 nəfərin öldüyü, 368 nəfərin yaralandığı açıqlanmışdı. İtkin düşənlərin dəqiqi sayı isə hələlik məlum deyil.

Xilasetmə işləri bütün gecə boyu davam edib. Qeyd edək ki, avqustun 24-də gecə İtaliyanın mərkəzində 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Latsio vilayətinin Akkumoli şəhərinin yaxınlığına düşüb. Yeraltı təkanlar nəticəsində Latsio, Umbri və Mark vilayətlərində dağıntılar olub. (apa)

 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az