Vətəndaşlara kələk gələn telefon zəngləri barədə polisə xəbər verin!

Fırıldaqçılara aldanan vətəndaşın şikayəti

Bakıda daha bir mağazanın fırıldağının üstü açılıb. Üstəlik bu fırıldaq kampaniyasına ATV telekanalı da alət olub 
Vətəndaş Aynurə Şirinova “Mon” elektron mağazasının saxtakarlığı ilə üzləşib. 
Onun sözlərinə görə, mağazadan zəng olunub: “Dedilər ki, “Mon” elektron mağazasından zəng edirik, telefonunuz uduşa düşüb. Əgər üç suala düzgün cavab versəniz qalib elan olursuz. Sizə mükafat olaraq 400 manat məbləğində olan tozsoranı 199 manata veririk və əlavə dörd hədiyyə nzərdə tutulub”.

A.Şirinova qeyd edir ki, suallara dəqiq cavab verib: “Uduşu heç on dəqiqə keçmədən bizə gətirdilər, 200 manatı alıb getdilər.

O gedəndən sonra yoldaşım baxdı ki bunların ümumi məbləği heç 100 manat deyilmiş. Verdikləri iki nömrədən də heç biri işləmir. Verdikləri ünvan belə yoxdur. 
Hətta özlərini ATV kanalında yayımlanan Mətanətin aparıcılıq etdiyi verilişin sponsoru kimi təqdim etmişdilər. Kanala zəng vurdum dedilər ki biz tanımırıq. Bax, mən belə aldandım. Xahiş edirəm hamınız bu yazını paylaşın. Mənim kimi aldananlar olmasın”. 
İnternet resurslarına sözügedən mağaza barəsində axtarış veridik və hər hansı informasiya rastına çıxmadı. 

Məlum olub ki, vətəndaşlara ikinci əl məhsul olan, nasaz, köhnə məhsullar sırımaqla kələk gəlirlər. A.Şirinova hüquq-mühafizə orqanlarına müraciət edəcək.  (politika)

Qarşı tərəfi dinəməyə hazırıq.

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

17.12.2018

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az