Müsəlman ölkələrin dini liderləri İslam həmrəyliyinə toplaşdı – FOTO

İstanbulda “Dolmabaxça” sarayında “Avrasiyada İslam: din istismarına qarşı birlik, həmrəylik və gələcək perspektiv” devizi altında Avrasiya İslam Şurasının IX Zirvə toplantısı öz işinə başlayıb.

Zirvə toplantısında Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Hüseynbala Mirələmov və digər rəsmi şəxslərdən ibarət nümayəndə heyəti təmsil edib.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub, 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı kadrlar əsasında hazırlanmış film nümayiş olunub. Zirvənin rəsmi açılışında Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmez, Baş nazirin müavini Numan Qurtulmuş, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin və başqaları çıxış ediblər.

Bütün zəminlərdə münaqişələrin dayandırılmasının, terror aktlarının qarşısının alınmasının, insanlara qarşı kütləvi zor tətbiq edilməsinin müasir dünya qarşısında vacib bir problem olduğunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, dünyada sülhün və əmin-amanlığın bərpa olunması, ədalətin və bərabərliyin qorunması, qaçqınların müvəqqəti yerləşdirilməsi, onların ata-baba yurdlarına qayıtmaları məsələlərində Türkiyənin prinsipial mövqeyi dəyişməz qalır.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dörd gün davam edəcək bu tədbirdə dünyada sülhün və sabitliyin bərpasına nail olunması üçün mühüm çağırışlar ediləcək. Türkiyədə törədilən terror aktlarını və 15 iyul dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyən Allahşükür Paşazadə bir sıra dövlətlərin qərəzli mövqeyinə baxmayaraq Türkiyə xalqının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək tarixin daha bir ağır sınağından alnıaçıq çıxa bildiyini vurğulayıb.

Rəsmi açılışdan sonra panellər üzrə müzakirələr aparılıb. Daha sonra Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Moldova və digər ölkələrdən müxtəlif müsəlman dini icmalarının nümayəndələri çıxış ediblər.

Zirvə toplantısı oktyabrın 14-dək davam edəcək.

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az