Aşura günü Nardarana giriş məhdudlaşdırıldı, qeydiyyatı olmayan ziyarətçilər qəsəbəyə buraxılmadı - FOTO

Nardaran qəsəbəsində Aşura günü bu il bir qədər fərqli şəkildə qeyd olunur. Hazırda ölkənin ən böyük ziyarətgahların biri olan Nardarandakı Rəhimə xanım ziyarətgahına yalnız bu qəsəbənin sakinləri gedə bilirlər. Nardaran qeydiyyatı olmayan vətəndaşlar isə qəsəbənin girişində  qurulmuş postdan buraxılmır.
 
Qeyd edək ki, Aşura günü ilə bağlı Nardarana jurnalistlər də buraxılmayıb. 
 
Nardaranın girişində qurulan polis postlarında vətəndaşların vəsiqələri yoxlanılır. Bu qəsəbədə qeydiyyatı olanların avtomobilləri və əsasən də yük yerləri yoxlanaraq içəri buraxılır.
 
Qeydiyyatı olmayanlar isə geri qaytarılır. 
Sözügedən ərazidən yüzə yaxın ziyarətçi geri qaytarılıb. Polis əməkdaşları ziyarətçilər arasında mübahisə də yaşanıb. 
Polis əməkdaşları bildiriblər ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi göstərişi var. Nardaran qeydiyyatı olmayan kimsə qəsəbəyə girə bilməz. (musavat)
 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az