AXCP fəalı həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şöbəsinin üzvü Xətai Nəbiyev oktyabrın 11-də Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən saxlanılıb. Gənc fəal Sumqayıt Şəhər Məhkəməsində polisə müqavimətdə ittiham edilərək inzibati qaydada 30 sutka müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
Onun fikrincə, fəalın həbsi Milli Şuranın sentyabrda keçirdiyi mitinqdə iştirak edənlərə təzyiqin davamıdır.
“11 və 17 oktyabr mitinqlərində iştirak edən fəalların saxlanması hələ də davam edir. İndiyədək iki yüzdən çox fəal yerli polis, icra orqanlarına çağrılıb. Onların arasından onlarla fəal 1 sutkadan 30 sutkayadək həbs olunub, cərimələnib və xəbərdarlıq edilib. Bu proses indi də davam edir”, Bayramlı qeyd edib.
Öz növbəsində, hüquq-mühafizə orqanları fəalın saxlanmasının səbəbləri ilə bağlı məlumat yaymayıb. (musavat)
 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az