Dini ekstremist qurumları məhkəmə qaydasında ləğv ediləcək

Azərbaycanda dini ekstremizmlə məşğul olan dini qurumlar məhkəmə qaydasında ləğv ediləcək. 

Apa-nın məlumatına görə, bu, bu gün Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan “Dini etiqad azadlığı haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Hazırda dini mərkəz və idarələr dini qurumların dini ekstremizm fəaliyyəti ilə məşğul olması barədə məlumata malik olduqda həmin dini icmaların və təsisçilərinin dəyişdirilməsi və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırır. Dəyişikliyə əsasən, bundan sonra dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan ediləcək.

Qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az