Faiq Əmirovun şikayəti təmin olunmayıb

Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətinə baxılıb. 

İclasda şikayət təmin olunmayıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilən F. Əmirov barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyir.

Bu ilin avqustunda saxlanılan F. Əmirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az