Deputat: "Keçmiş filmlərə pul verilmir, amma yenilərə 50-60 manat vermək lazımdır"

 
 
Aqil Abbas onun eyni adlı romanına çəkilən “Dolu” filmini son illərdə çəkilən ən baxımlı film adlandırıb:“Mənim ”Dolu" filmimə gəldikdə isə o film youtbe-da 3 kanalda qoyulub. Təxminən 300 min adam o filmə baxıb. Hələ Azərbaycan dilində olanını deyirəm. Onun alt yazısı ilə türk, gürcü, rus variantı da var. İnternet resurslarında onların hamısını yerləşdirməmişik, yalnız azərbaycanca olanıdır. Ermənilər də o filmə baxıb və təhqir, söyüş yazıblar. Başqa millətlərdən də ona baxanlar olub. Baxmışam, hətta film haqqında 420 şərh var. Sözümü ona gətirirəm ki, o romanı mən yazmışam, 20 ilə yazdığım romandır, içimdə yaşatdığım, həyatda yaşadığım romandır. Yəni o filmdə nə varsa hamısını yaşamış adamam... Döyüşlərdə qucağımda ölənlər, əlimə dəfn etdiyim insanlar...
 
Yaxud gedib ermənilərin cəsədlərini gətirmişəm. Yəni o insanları görmüşəm, yaşamışam, yazmışam. 
Film çox böyük uğur qazanıb. Filmi əməkdar incəsənət xadimi Elxan Cəfərov çəkib. O, bir çox savaş filmləri çəkib. Hamısı da uğurludur. Yəni bu dərəcədə filmlərə yuxarıdan aşağı baxmaq... Bunu, sadəcə, Ramiz Əzizbəylidən gözləməzdim, vəssalam. Ona böyük hörmətim var, amma rejissorların əməyini, zəhmətini yerə vurmasın!"
 
Deputat yeni çəkilən filmlərin az təbliğ olunmasından da şikayətləndi: “Televiziyalar yeni çəkilən filmlərə çox az müraciət edir. Məsələn, ”Əhməd haradadır?" filmini hər həftə bir televiziya kanalı nümayiş etdirir. Keçmiş filmləri daha çox göstərirlər, nəinki yenilərini. Görünür, keçmiş filmlərə pul vermirlər, amma yenilərə 50-60 manat vermək lazım gəldiyi üçün onlara müraciət etmək marağında deyillər. “Dolu” kimi filmləri də işğal, müharibə günləri bütün kanallar verir. Baxanda mən də pərt oluram. Başqa günlər onları göstərmək ayıbdır?"
 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az