Eks deputat: "Cavid Hüseynov qazancının yarısını Rasim Əliyevin ailəsinə verməlidir"

"Bunu qanun deyir, mən yox”

Futbolçu Cavid Hüseynovun RATİ əməkdaşı, jurnalist Rasim Əliyevin ölüm faktına görə 4 il azadlıqdan məhrum edilməsinə baxmayaraq, vaxtından əvvəl azadlığa buraxılması sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib 

Gununsesi.info-nun xəbərinə görə, həm mərhum jurnalistin ailəsi, həm də ictimaiyyət nümayəndələri bu faktı pisləyib.
Sabiq YAP-çı millət vəkili Nazim Bəydəmirli isə Cavid Hüseynova maraqlı təklif verib. Gununsesi.info-ya açıqlamasında sabiq millət vəkili cavid Hüseynovun öldürülən jurnalistin ailəsinə müavinət ödəməsini təklif edib: “Hər ay, özü də işlədiyi dövrdə – qazancından 50 faiz Rasim Əliyevin ailəsinə versin. Ancaq o zaman qismən ədalət bərpa olunmuş olar. Məhkəmə ona bəraət verməyib, cəzanın çəkilməmiş hissəsindən azad edib. Bu o deməkdir ki, qarşı tərəf mülki iddia qaldıra bilər və müavinət tələb etməlidir. Bu həm qanunidir həm də müsəlmançılığa uyğundur. Əgər günahkar deyilsə, gərək, məhkəmə ona bəraət verərdi, verməyibsə deməli, cəzadan azad etmə sifarişlə olub. Bu halda isə zərərçəkən adam (valideynlər) müavinət tələb etməlidirlər. Bunu qanun deyir, mən yox”.
 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az