İş adamının evində axtarış aparıldı

Polis və xüsusi təyinatlılar Rusiyanın Sankt-Peterburq şəhərinin “Pravda” küçəsində yerləşən “Ermitaj” otelində və onun direktoru Malik Babayevin Peterqovda yerləşən evində axtarış aparıblar.

“Crimerussia”nın verdiyi məlumata görə, Malik Babayevin evindən sənəd, notbuk və disklər götürüblər.

“Ermitaj” oteli “Beynəlxalq Baltik İnvestisiya Şirkəti”nə (MBİK) məxsusudur. Otelin təsisçisi Malik Babayev və “Stroykorporasiya OKSMİ” MMC-dir. Otelin baş direktoru isə Elşən Babayevdir. Muzeyin brendinin oteldə istifadə edilməsinə dair razılıq alınıb.

Şirkət Azərbaycan Beynəlxalq bankından restavrasiya işləri üçün kredit götürüb və geri qaytarmayıb. Kreditin məbləği faizlə birgə 20 milyon dollara yaxındır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq bankı 1,6 mlrd. rubl borcu olan otlelin məhkəmə vasitəsilə üzərinə həbs qoymaq istəyib. Lakin məhkəmə iddianı təmin etməyib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az