Paytaxt müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Paytaxtda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ( BŞTİ) mətbuat xidmətindən verilən məlumata görə, cari ilin noyabr-dekabr aylarında əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq.

Bildirək ki, diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələrini müəyyənləşdirmək, onların dərs yükü norması və əməkhaqqını artırmaqla maddi rifahını yaxşılaşdırmaq, eləcə də həmin müəllimləri inkişafyönümlü təlimlərə cəlb etməkdən ibarətdir.

Qeyd edək ki, cari ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az