Qanunsuz ov edən 6 nəfər tutulub

 

nin (DİNB) Baş İctimai Təlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə bir neçə reydlər keçirilib.

Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yalnız son 3 gün ərzində keçirilən tədbirlər zamanı Neftçala rayonunun Şirvanlı qəsəbəsində Bakı şəhər sakini Şövqü İlyasov, Salyan rayonunun Xələc kəndində rayon sakinləri Zaur Abdullayev və Mirağa Axundov, İmişli rayonu ərazisində Bakı şəhər sakini İsrafil İsmayılov, Sabirabad rayon sakini Şahin Ağayev və Allahmədətli kənd sakini Marif Rəhimov saxlanılıblar.

Qanunsuz ovla məşğul olanlardan ümumilikdə 6 ədəd ov silahı, o cümlədən 1 ədəd "Tulip" markalı, 1 ədəd "Baettihsoli" markalı, 1 ədəd "MR-153" markalı və 3 ədəd "İJ-58" markalı silahlar götürülüb.

Ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb ediliblər.

Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az