İki lənkəranlı deputat siqareti necə bahalaşdırır? - Detallar

Məlum olduğu kimi, “Tütün istehlakının məhdudlaşdırılması haqqında” yeni qanun layihəsi var
Artıq deputat Hadı Rəcəbli bu qanun layihəsi haqda danışarkən dolayısı ilə siqaret bazarında bahalaşma olacağının anonsunu verib. 
Millət vəkili qeyd edib ki, ilk dəfə olaraq bu yeni qanunda yalnız siqaret yox bütün növ tütün məmulatlarının məhdudlaşdırılması məsələsi ortaya qoyulur: “Qəlyan, tənbəki, siqar və digər tütünün bütün növlərindən istifadəni məhdudlaşdırırıq. 

Tütünü bu gün daha çox xaricdən alırıq. Əsas məqsədimiz xaricdən ölkəyə daxil olan tütünün həcminin azaldılmasıdır. Tütünün istehlakı Azərbaycanda azaldılmalıdır. Dünyanın o biri başından Azərbaycana tütün gətirilir. Kimə lazımdır axı bu ? !

Bunun onsuz da ziyanı xeyrindən çoxdur. Ölkənin həm də məqsədi tütün istehsalını artırıb xarici ölkələrə ixrac edib, idxalı maksimum azaltmaqdır”.

İdxalın azaldılması isə ölkədə istehsal olunan tütün məmulatlarının tarifinə təsir edəcək. Yerli istehsalçılar və bu bazarda inhisarçı olan qüvvələr dərhal qiymət artımına gedəcək. 
Onsuz da devalvasiya nəticəsində siqaret bazarında ardıcıl bir neçə dəfə bahalaşma olub. 
Bundan sonra da yeni qanunla idxalın məhdudlaşdırılması yerli bazarda qiymətlərin qalxması ilə müşayiət olunacaq. Bu qanunun tütün istifadəçilərinin azalmasına gətirib çıxaracağına ümid edənlər isə yanılır. 

Çünki əsrlərdir ki siqaret aludəçisi olan insanları heç bir sınaqla bu vərdişdən tərgitmək olmur. Azərbaycanda tütün məhsullarının bir neçə dəfə qiymətinin qalxması böyük ajiotaj yaratdı

Ölkənin siqaret bazarındakı bahalaşma bu məmulatların xaricdən idxal olunması ilə izah edildi. Ancaq yerli istehsalat müəssisələrinin də bazara siqaret çıxardığı siqaretlərdə qiymət artımı qeydə alındı. 

Artıq dövlət başçısı islahatların davamı olaraq tütün istehsalçılarına subsidiyalar verilməsi haqda sərəncam imzalayıb. 
Bu sərəncamla nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir. 
Artıq yerli istehsalçılar üçün heç bir bəhanə qalmır. Prezident siqaret bazarındakı tariflərin də tənzimlənməsi və bu sahənin inkişafı üçün dövlət dəstəyini əsirgəmədi. 
Yerdə qalır iş adamlarının, tütün müəssisələrinə rəhbərlik edən məmurların subsidiyaları şəffaf şəkildə xərcləməsi. 
Xüsusilə, deputat Rüfət Quliyevin özünü necə aparacağı sual doğurur. Çünki onun adı gah sələmçilikdə, gah siqaret inhisarçılığında, gah da süni qiymət artımına getməkdə hallanıb. 

Ümid edilir ki, deputat bu dəfə prezidentin sərəncamına qarşı fəaliyyətdə olmayacaq. Millət vəkili Rüfət Quliyevin rəhbəri olduğu “EUROPEAN TOBACCO Baku” fabriki həmişə qiymət artımına yol verib. 

Halbuki, qanunla deputatın biznes fəaliyyəti qadağandır. Azərbaycanda isə illərdir ki, “EUROPEAN TOBACCO Baku” fabrikinə deputat rəhbərlik edir. 
Amma H.Rəcəblinin idxalın azaldılması barədə dedikləri digər lənkəranlı deputatın biznesinin çiçəklənməsinə şərait yaradacaq. 

Hər iki tərəfi bu mövzuda dinləməyə hazırıq. (politika)

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az