Səhiyyə Nazirliyi: Ölkədə kəskin respirator virus infeksiyaları qeydə alınıb

Hələlik aparılan laborator müayinələr nəticəsində ölkədə nə A, nə də B virusu aşkar edilib. Hazırda ancaq kəskin respirator virus infeksiyaları qeydə alınıb ki, xəstəliyin qeydiyyatı ötənilki səviyyədədir. Hər hansı bir artım müşahidə olunmur”.

 

Bunu apa-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb: “Həmin əmrdə profilaktik tədbirlərin gücləndirilməsi nəzərdə tutulub. Eyni zamanda, qripə bənzər virusa yoluxmuş xəstələrin laborator müayinələrinin keçirilməsinə dair tapşırıq verilib. Bu sahədə müəyyən işlər aparılır, nəzarət təmin edilir, respublikanın məktəblərində dezinfeksiya tədbirləri həyata keçirilir”. 

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az