Baş həkim: “İl ərzində 2 saylı Klinik Uşaq Xəstəxanasına 50-yə yaxın atılmış uşaq daxil olur”

“İl ərzində  2 saylı Klinik Uşaq Xəstəxanasına 50-yə yaxın atılmış uşaq daxil olur”.

Apa-nın xəbərinə görə, bunu Ə. Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasının baş həkimi Azər Xudiyev bildirib.

A.Xudiyev qeyd edib ki, yeni doğulan uşaqlardan imtina edildikdə, onlar xəstəxanaların həyətinə atılır: "Bu cür faktlar var və bunu inkar etmək olmaz. Əvvəllər bu uşaqlar xəstəxanada yoxlandıqdan sonra dövlət uşaq müəssisələrinə aparılırdı. İndi isə atılmış uşaqlar, dövlət uşaq müəssisələrinə təhvil verildikdən sonra, həmin uşaqlar müayinə üçün bizim xəstəxanaya gətirilir”.

Həkim həmin uşaqların əksər hallarda sətəlcəm əlaməti ilə xəstəxanaya daxil olduğunu bildirib: “Onlar burada bütün müayinələrdən  keçirilir. Atılmış uşaqların müayinəsi və sağlamlaşdırılması üçün bizim xəstəxanada ayrıca otaqlar var".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az