Lift qəzasının səbəbini açıqlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yerləşdiyi binada liftin trosunun qırılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

ANAMA-dan bildirilib ki, hadisə dünən axşam saat 18.00 radələrində - işçilər evə gedərkən baş verib. Bu gün mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

“Müəyyən edilib ki, liftin trosu qırılmayıb. Sadəcə lift normadan çox yükləndiyindən avtomatik əyləc sistemi işə düşüb və lift sərt şəkildə dayana-dayana aşağı enib. Nəticədə əməkdaşlar yüngül xəsarət alıblar”, - deyə ANAMA-dan bildirilib.

***

 Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) inzibati binasında liftin trosu qırılıb.

Binəqədi rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə ötən gün axşam saat 21.30 radələrində qeydə alınıb.

Yeddi mərtəbəli binanın 3-cü mərtəbəsində tros qırıldığından lift şaxtaya düşüb. Nəticədə liftə olan şəxslər – 1965-ci il təvəllüdlü Aydın Məmmədov, 1979-cu il təvəllüdlü Faiq Heydərov, 1977-ci il təvəllüdlü Samir Poladov, 1955-ci il təvəllüdlü Musa Cəlalov, 1976-cı il təvəllüdlü Ceyhun Quliyev, 1980-cı il təvəllüdlü Emil Raviloğlu, 1983-cü il təvəllüdlü Samirə Xəlilova və 1981-ci il təvəllüdlü Günel Qasımova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Onların xəsarəti yüngül olub. 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2019

19.06.2019

18.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az