Bu il eşitmə qüsurlu 20 uşaq koxlear implantasiya əməliyyatı edilib

“Bu ilin 9 ayı ərzində lal-karlığı olan 20 uşaq üzərində koxlear implantasiya əməliyyatı aparılıb”.

Apa-nın xəbərinə görə, bunu Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Səhiyyə Nazirliyi tərəfindən yaradılan komissiyanın sədri, professor Azər Xudiyev deyib.

A.Xudiyev əməliyyatların Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında icra edildiyini, ilin sonuna kimi 14 xəstənin də növbə gözlədiyini deyib.

Həkim vurğulayıb ki, bununla da əməliyyat ediləcək uşaqların sayı 34 olacaq.

Qeyd edək ki, ötən ilin sentyabrında Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya yaradılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2019

19.06.2019

18.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az