İtaliyanın 21 yaşlı şahzadəsi qəzada ölüb

İtaliyanın 21 yaşlı şahzadəsi Filippo Korsini Londonda yük maşınının təkərləri altında qalaraq ölüb.

“Report” xəbər verir ki, o, İtaliyanın ən qədim sülalələrindən birinin təmsilçisi idi.

Məlumata görə, şahzadə London universitetlərindən birində təhsil alırmış və dərsə velosipedlə gedirmiş. Londonun Naytsbric rayonunda onun verlosipedi yük maşınına ilişib və avtomobil şahzadəni 30 metrədək sürüyüb.

Xəbərdə bildirilib ki, F.Korsini Florensiyanın qədim aristokratik sülalələrindən birinin nümayəndəsidir. Roma Papası XII Kliment (dünyada Lorentso Korsini adı ilə də tanınır) də onun əcdadlarından sayılır. 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az